Abşeronda üç şəhidin il mərasimi keçirildi — FOTO


SOSİAL 28 sen 2021, 16:17
Bu gün Abşeron şəhidlərinin  - Ağakişiyev Nurlan Etibar oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu və Sadıxov Rahid Vahid oğlunun il mərasimi keçirilib.

Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə II Fəxri xiyabana gələrək şəhid Cəbrayıl Dövlətzadənin və Nurlan Ağakişiyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək, dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bundan sonra iştirakçılar şəhid Rahid Sadıxovun və Nurlan Ağakişiyevin yaşadığı ünvana gələrək şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər. 

RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 
No description available.

No description available.No description available.
No description available.
No description available.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top