Azərbaycanla Türkiyə arasında hərbi-texniki təminat məsələləri müzakirə edildi

SİYASƏT 27 sen 2021, 20:23
Azərbaycan müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Tərəflər maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görüləcək işləri ətraflı müzakirə ediblər.

Görüşdə Türkiyənin müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahları və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top