Ceyhun Bayramovun Türk Şurasının iclasındakı çıxışı — VİDEO

XARİCİ SİYASƏT 27 sen 2021, 12:23
Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı başlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında görüntülər paylaşıb.

 

Tədbirdə Əfqanıstandakı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə baş tutur. İclasda, həmçinin Türk Şurasına üzv olan Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top