Əməkdar artist 30 il sonra şəhid həyat yoldaşının qəbrini ziyarət etdi

İNCƏSƏNƏT 27 sen 2021, 11:06
"30 ildən sonra həyat yoldaşımın qəbirini ziyarət edim”.

Bunu Qaynarinfo-ya açıqlamasnda Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Cəbrayıl rayonuna səfərindən danışarkən deyib.
 
O bildirib ki, ermənilər şəhid Zahid Əhmədovun qəbrini dağıdıblar:

"Qəbirdən heç nə qalmayıb, dağıdıblar. Kənddə görüləsi heç nə yoxdur, hər yer dağılıb-uçurulub. Amma hər yerdə bərpa işləri gedir. Hələ özümə gələ bilməmişəm”.

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top