Ekspert: "Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycanın mövqeyi bəllidir"

GÜNDƏM 25 sen 2021, 17:36
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın baş naziri Ararat Mirzoyanla görüşü Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutdu. Ermənistanın xarici işlər naziri belə xahişlə müraciət etdi. Minsk qrupunun həmsədrləri bu xahiş əsasında Azərbaycan tərəfinə müraciət etdilər və görüş onların iştirakı ilə reallaşdı. Minsk qrupu yenidən danışıqlardan iştirak etsələr də, Azərbaycanın Minsk qrupunun fəaliyyəti ilə bağlı mövqeyi bəllidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib.

O, ATƏT-in Minsk qrupunun xarici işlər nazirləri səviyyəsində görüşdə iştirakını dəyərləndirib:

“Azərbaycan konkret olaraq Minsk qrupundan təkliflər gözlədiyini açıqlamışdı. Lakin qrup vaxtında bu təklifləri irəli sürə bilmədi, hətta bəzən tərəf nümayiş etdirdi. Status məsələsinin həllindən sonra müxtəlif ölkələrin Qarabağ faktorundan istifadə etmək istəyi bizim tərəfimizdən birmənalı şəkildə rədd edildi. Azərbaycan Minsk qrupu üçün bir açıq qapı saxladı, bu da “Böyük qayıdış”, bölgənin bərpası, cinayətlərə görə Ermənistan tərəfinin mühakimə edilməsi ilə bağlı idi. Bu məsələlərlə bağlı ATƏT-in Minsk qrupu maraqlı təklif və ideyalar irəli sürsə, müzakirə edilə bilər. Düşünürəm ki, xarici işlər nazirlərinin görüşü sırf texniki məsələlərin həlli ilə bağlıdır. Həmçinin, Baş nazirlərin müavinləri səviyyəsində də görüşlər davam edir. Bu görüşlərdə həm kommunikasiya xətlərinin açılması istiqamətində, həm sadaladığımız məsələlər, həmçinin yeni əməkdaşlıq istiqamətlərinin axtarışı ilə bağlı müzakirələr yer alır. ATƏT-in Minsk qrupunun iştirakı bu kimi məsələlərin müzakirəsində mümkün olur. Bunu bir növ ATƏT-in öz missiyasına qayıtması kimi dəyərləndirə bilərik”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top