Füzulidə Anım Günü münasibətilə silsilə tədbirlər davam edir — FOTOLAR

SOSİAL 25 sen 2021, 16:57
27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam etməkdədir.

Demokrat.az xəbər verir ki, sentyabrın 24-də Füzuli rayon Babı kəndində “Şəhidlər Abidəsi” kompleksinin açılışı olub. Kompleksin açılışında  Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, rayon ictimaiyyəti, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.
 
Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Zəfər yürüşündən söhbət açıblar. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq 30 illik Vətən həsrətinə son qoydu. Qəhrəman oğullar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmaqla gələcək nəsillər üçün əsl örnək oldular. 

Sonda Rayon  İcra başçısı, şəhidlərin ailə üzvüləri ilə görüşərək, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top