ETSN ilə Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı — FOTOLAR

SOSİAL 23 sen 2021, 14:55
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacı məlumat verib:

"Memorandumu Ekologiya və Təbii Sərvətlər naziri hörmətli Muxtar Babayevlə imzaladıq.

Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir.  

Bu əməkdaşlıq, eyni zamanda, işğal dövründə Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, ərazilərin, o cümlədən su hövzələrinin Ermənistan ərazisindən transsərhəd çirklənməsinin davam etdirilməsi kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xarici mətbuatda işıqlandırılması və “Yaşıl” iqtisadiyyatın dəstəklənməsi kimi layihələri də əhatə edəcək.
Fürsətdən istifadə edərək, digər dövlət, və özəl təşkilatlarını, eyni zamanda diaspora və cəmiyyətimizin nümayəndələrini də bu Memoranduma qoşularaq qeyd olunan istiqamətlər üzrə potensial əməkdaşlığa, öz fəaliyyət istiqamətlərinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edirəm!

Bu işdə bizi dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Bir 1 nəfər, oturmalı və içəridə şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top