Paşinyanı təhqir edən şəxsə cinayət işi açıldı


REGİON 22 sen 2021, 23:05
Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyanın feysbuk hesabındakı fotosunun altında təhqiredici şərhin yazılması ilə bağlı cinayət işi açıb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, sözügedən şərhlə bağlı Cinayət Məcəlləsinin 137.1 (ictimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları şərh müəllifini müəyyən etmək üçün axtarış aparır.

Bundan əvvəl Cinayət Məcəlləsinə "Kobud təhqir" adı verilən və 3 milyon drama (təxminən 6000 ABŞ dolları) qədər cərimə və ya üç aya qədər həbs cəzası nəzərdə tutulan yeni bir maddə (137.1) əlavə edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top