Bələdiyyə sədri: “Sənədləşdirmə prosesinin uzun müddət çəkməsi də vətəndaşlarmızı bir növ bu addımdan çəkindirir”

GÜNDƏM 22 sen 2021, 14:54
“Ay ərzində büdcə gəlirimizi 40 faizədək artıra bilmişik. Əgər əvvəl ki illərdə ay ərzində 2000-3000 manat vergi yığılırdısa bu gün artıq bu rəqəmi 5600 manata çatdırmışıq”.

Bu fikirləri Belediyye.info-ya Sabunçu rayonu Balaxanı bələdiyyəsinin yeni seçilmiş sədri Bahadur Haşımov bildirib.

Artıq ərazidə monitorinqlərə başlanlıb. Əsas məqsəd vergi ödəyicilərinin sayını dəqiqləşdirməklə əhali arasında maarifləndirmə işlərini sürətləndirməkdir. Qəsəbə ərazisində 8000 minə yaxın təsərrüfat olsa da, qeydiyyata düşənlərin sayını son iki ərzində 4425 çatdırmışıq. Mövcud evlərin yalnız 1000 yaxın hissəsinin sənədi var. Əhali sənədləşdirməyə maraqlı olmasa da, sənədləşdirmə prosesinin uzun müddət çəkməsi də vətəndaşlarmızı bir növ bu addımdan çəkindirir.

Bələdiyyənin vergi sistemi təkmilləşdirilir, borcu olanlar barədə məlumatı bələdiyyə iclasına çıxarmaqla icra şöbəsinə göndərmək fikrindəyik.

Balaxanı qəsəbəsi Bakının ən qədim yaşayış məntəqələrindəndir. Bu qəsəbə turizm marşrutlarının siyahısına da salınıb. Hazırda qəsəbənin qədim yaşayış hissəsində ciddi təmri bərpa işləri davam etdirilir. Əsas hissələrdə iş başa çatıb.

Düşünürük ki, biz də bələdiyyə olaraq qəsəbəsinin qədim tarixi ənənəsinin qorunmasına öz töhvəmizi verək. Ancaq buynu üçün büdcəmizi müəyyən səviyyəyə çatdırmaq üçün işləməliyik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top