Rusiya vertolyotu Xocalı aeroportunda... — Axı biz belə danışmamışdıq!

QARABAĞ 21 sen 2021, 14:40
Azərbaycanın Qarabağ bölgəsində mandatsız və müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları növbəti dəfə təxribatçı hərəkətə yol veriblər. Onların budəfəki təxribatı məsuliyyət bölgəsindəki şərti zərərçəkmişləri evakuasiya etmək üçün təlim olub.

Demokrat.az xəbər verir ki, təlim zamanı şərti evakuasiya üçün Mi-8 AMYŞ "Terminator" vertolyotundan istifadə edilib. İstifadə yeri Xocalı hava limanıdır. Bu tip vertolyotlar nəqliyyat-hücum vertolyotları sayılır.   

Qeyd edək ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı razılaşmada 1960 nəfər hərbçi, 90 ədəd zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika qeyd olunub. Bəyanatında yer alan avadanlıq siyahısında hərbi nəqliyyat və hücum vertolyotları göstərilməyib.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri şərhsiz addıma mütləq şərh verməlidirlər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top