Cavanşir Paşazadə: “Bəzən öz aramızda elə talış dilində zarafatlaşırıq...”


GÜNDƏM 20 sen 2021, 12:43
"Parlamentdə "talış" sözünün qadağan edilməsinə dair yayılan fikirlər tamamilə yanlışdır. Əlbəttə ki, rəsmi çıxışlar zamanı talış dilindən istifadə etmək olmaz, qanunvericiliyə əsasən, bütün rəsmi danışıqlar Azərbaycan dilində aparılmalıdır. Milli Məclisdə məndən başqa da talış deputatlar var. Biz bəzən, hətta öz aramızda elə talış dilində zarafatlaşırıq. Yəni, "talış" sözünün, talış dilinin qadağası ilə bağlı heç vaxt heç yerdə rastlaşmamışam".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən Cavanşir Paşazadə deyib.

Parlament üzvü bildirib ki, Azərbaycanda bütün xalqların və millətlərin nümayəndələri özlərini rahat hiss edirlər: "Ümumiyyətlə, bu məsələni gündəmə gətirmək doğru deyil, çünki heç bir əsası yoxdur. Azərbaycanda multikulturalizm olduqca yaxşı inkişaf edib və bunun ölkənin sosial-iqtisadi inkişafındakı rolu da göz qabağındadır. Azərbaycanda təkcə talışlar, ləzgilər, tatlar və s. millətlərin nümayəndələri deyil, elə ruslar və 30 minə yaxın erməni də istədikləri kimi, rahat yaşaya bilirlər. Fikrimcə, bütün bu şayiələr ermənilərin təxribatında başqa bir şey deyil. Ölkədə bütün millətlərin rahat yaşayışını təmin etmək məqsədilə onların öz dinindən, dilindən, adət-ənənələrindən istifadəsi üçün lazım olan şərait yaradılıb. Ermənilər Moskvada talışlar, ləzgilər haqqında kitablar çap etdirirlər, qeyd olunur ki, guya onlar özlərini Azərbaycanda rahat hiss etmirlər. Əlbəttə ki, yalandır və təxribatdır. Azərbaycanda talışların heç bir problemi yoxdur. Talışların və digər millətlərin adından belə yalan söhbətlər, əsassız fikirlər yayırlar. Ölkəmiz elə tarixən  çoxmədəniyyətli dövlət olub. Dövlətimiz bir sıra xalqların və milli azlıqların respublika ərazisində rahat yaşayışını hər zaman təmin edir".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 okt 2021, 14:08
Top