Namik Ələskərovun komandası baş məşqçi ilə vidalaşıb

İDMAN 19 sen 2021, 18:51
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna I liqada mübarizə aparan komandanın uğursuz çıxışı səbəb olub. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top