"Rusiya Müdafiə Nazirliyinin həqiqəti əks etdirməyən məlumatından narahat olmağa dəyməz"

SİYASƏT 19 sen 2021, 12:24
“Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”.

Yenisabah.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib. Politoloq Elxan Şahinoğlu Anar Eyvazovun bu açıqlamasına münasibət bildirib. Qeyd edib ki, haqqında bəhs olunan hadisə Azərbaycan Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiyanın sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb və Azərbaycan bölmələrinin hər hansı atəş açmadığı təsbit olunub.

Belə olan halda Rusiya Müdafiə Nazirliyi nədən qəfil mövqeyini dəyişib və Azərbaycanı ittiham edib?

"Görünür, Rusiya Müdafiə Nazirliyi bu yolla Azərbaycana xəbərdarlıq mesajı göndərdiyini düşünür. Yəni demək istəyirlər ki, “Azərbaycan bölmələrinin Qarabağdakı fəallığından narahatıq”. Nə deməklərindən asılı olmayaraq işimizi davam etdirməliyik. Müdafiə naziri Zakir Həsənovun təlimatı var: Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçıları hədəfimizdir. Ona görə də Rusiya Müdafiə Nazirliyinin indiki halda həqiqəti əks etdirməyən məlumatından narahat olmağa dəyməz, tam əksinə qoy öyrəşsinlər ki, arxalarında gizlənən silahlı erməni separatçılarını rahat həyat gözləmir!" - deyə Elxan Şahinoğlu qeyd edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top