Baydenlə Putinin Cenevrədəki görüşü İsveçrəyə milyonlarla dollara başa gəlib

DÜNYA 18 sen 2021, 20:50
ABŞ və Rusiya prezidentlərinin bu ilin iyun ayında İsveçrənin Cenevrə şəhərindəki görüşü yerli büdcəyə milyonlarla dollara başa gəlib.

Demokrat.az
xarici informasiya agentliklərə istinadən xəbər verir ki, bu barədə Cenevrə administrasiyasının mətbuat sözçüsü Emmanuel Kueno bildirib.

Onun sözlərinə görə bu, hələ yekun məbləğ deyil və rəqəmlər hesablananda 10-15% yüksək ola bilər. “Məbləğlər tam müəyyən olunduqdan sonra hesab hər iki federal dövlətin müvafiq strukturlarına göndəriləcək”,-deyə o qeyd edib.

İsveçrənin “Le Courrier” qəzetinin xəbərinə görə, bu ilin sentyabr ayının 13-də Cenevrə dövlət şurası Sosial-demokrat partiyasından olan deputatların verdiyi sorğuya görə Co Bayden və Vladimir Putin arasındakı danışıqların məsrəflərini açıqlayıb.

Verilən rəsmi informasiyaya əsasən, təkcə təhlükəsizliyin təşkil olunmasına görə 5,6 milyon dollar, özəl şirkətlərin bir günlük fəaliyyəti üçün 556 min dollar, protokol xidmətlərinin işi ilə bağlı 239 min dollar pul xərclənib. Bundan başqa 3,2 milyon dollar jurnalistlərin gəzdirilməsinə və yeməklə təmin olunmasına sərf edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top