“MEDİA könüllüləri” üçün peşəkar inkişaf təlimləri başladı — FOTOLAR

MEDİA 16 sen 2021, 17:10
Sentyabrın 16-da Lütfi Zadə Texnologiya Mərkəzində Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” üçün peşəkar inkişaf təlimlərinə başlayıb.

Demokrat.az xəbər verir ki, təlimin açılışında Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova və Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva mütəxəssislər tərəfindən keçiriləcək silsilə təlimlərin könüllülərin nəzəri və praktiki bacarıqlarını artırmaq istiqamətində əvəzsiz rol oynayacağını vurğulayıb, könüllülərə uğurlar arzulayıblar.

Sonra təlimin qonağı tanınmış teleaparıcı Nərgiz Cəlilova “Televiziya aparıcılığının əsasları” mövzusunda təcrübəsini könüllülərlə bölüşüb.

Təlim çərçivəsində Nərgiz Cəlilova könüllülərə televiziya jurnalistikasının əsasları, nitq və efir mədəniyyəti, bu sahədə beynəlxalq təcrübə və şəxsi təcrübəsindən maraqlı məqamlar barədə məlumat verib.

Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, könüllülərin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top