Bakı limanı Aİ-nin flaqman layihəsinin tərkib hissəsi olacaq

SOSİAL 15 sen 2021, 21:23
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa İttifaqının (Aİ) yaxın illərdə reallaşdıracağı flaqman layihənin tərkib hissəsi olacaq.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov deyib.

Onun sözlərinə görə, Aİ Bakı limanının fəaliyyətinin rəqəmsallaşdırılmasını, onun ekoloji təmiz zonaya çevrilməsini hədəfləyir: "2021-ci ilin dekabrında "Şərq tərəfdaşlığı" ölkələrinin zirvə görüşü keçiriləcək. Bu görüş zamanı bizim təkliflərimiz səsləndiriləcək. Azərbaycan üzrə təklifi biz hökumətlə birgə hazırlayacağıq. Bu görüşdən sonra investisiya layihəsinin reallaşdırılmasına başlayacağıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top