Türkiyədən ev alan azərbaycanlıların sayı AÇIQLANDI

BİZNES 14 sen 2021, 15:39
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 858 mənzil satın alıblar.

Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay ərzində Türkiyədən 138 mənzil alıblar. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında azərbaycanlılar Türkiyədən builkindən təxminən 22,6% az mənzil alıblar.

Onu da bildirək ki, son ildə 7 ildə Azərbaycan vətəndaçları Türkiyədn 6 min 948 mənzil alıblar:
 
İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021
Yanvar-Avqust
858
Cəmi 6 948

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top