Kapitoliya binası önündə soyuq silahla dolu yük maşını saxlanıldı

DÜNYA 14 sentyabr 2021, 00:08
ABŞ-da Kapitoliya polisi Demokrat Partiyasının Milli Komitəsinin qərargahı qarşısında dövlət nömrə nişanı olmayan yük maşınını saxlayıb.

TASS xəbər verir ki, araşdırma zamanı avtomobilin yük yerində soyuq silahlarla yanaşı, yaxın döyüşlər üçün nəzərdə tutulmuş maketlər aşkarlanıb.

Yük maşınının sürücüsü, 44 yaşlı Kaliforniya əsilli Donald Kreyhed hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 09:31
Top