Yerə uçan ulduzlararası obyekt kosmik gəmi ola bilər

MARAQLI 03 avqust 2025, 08:46
Harvard Universitetinin astrofizik alimi Avi Leb ehtimal edib ki, Yerə yaxınlaşan ulduzlararası 3I/ATLAS kometası yadplanetli gəmisi ola bilər.

Demokrat.az-ın məlumatına görə, bu barədə "Daily Mail" tabloidi xəbər verir.

Alim bu ehtimalı 3I/ATLAS-ın hərəkət etdiyi "qeyri-adi dərəcədə nadir trayektoriya" səbəbindən irəli sürüb.

O, həmçinin bildirib ki, obyekt Yerə 21 noyabr - 5 dekabr 2025-ci il tarixləri arasında çatacaq.

Alimin sözlərinə görə, əgər obyekt yadplanetli gəmisidirsə, o, zond və ya hətta silah daşıya bilər: "O, bizi xilas etmək və ya məhv etmək üçün gələ bilər. Hər iki varianta hazır olmağımız daha yaxşıdır".

Qeyd edək ki, 3I/ATLAS kometası NASA tərəfindən 1 iyul 2025-ci ildə kəşf edilib. Astronomların hesablamalarına görə, oktyabrın sonunda o, Günəşə maksimum yaxınlaşacaq və ona 1,4 astronomik vahid məsafəyə qədər yaxınlaşdıqdan sonra, ehtimal ki, Günəş sistemini tərk edəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top