Kamçatkada sutka ərzində 10 zəlzələ baş verib

DÜNYA 03 avqust 2025, 08:54
Son sutka ərzində Kamçatkada təxminən yetmişə yaxın zəlzələ qeydə alınıb, onlardan 10-u Petropavlovsk-Kamçatskidə hiss olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.

Seysmoloqların məlumatına görə, bölgədə seysmik aktivlik azalmaqdadır, lakin hələ də yüksək səviyyədə qalır.

İyulun 30-da baş vermiş 8.8 maqnitudalı zəlzələdən sonra başlayan afterşok prosesinin bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top