Fransa XİN başçısı HAMAS-ı tərksilah olmağa çağırdı

DÜNYA 03 avqust 2025, 11:47
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro HAMAS-ı tərksilah olmağa çağırıb.

Demokrat.az-ın xəbərinə görə, Jan-Noel Barro bu barədə X-da paylaşım edib.

Fransa XİN başçısı bildirib ki, HAMAS israilli girovları hər hansı şərt irəli sürmədən azad etməli, tərksilah olmalı və Qəzzanın idarə edilməsindən kənarlaşdırılmalıdır.

Jan-Noel Barro Qəzza sakinlərinə böyük həcmdən humanitar yardım göstərilməsinə də çağırış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 13:29
Top