Kilis-Hələb təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisə kimi qiymətləndirilə bilər. Bu boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin regional enerji diplomatiyasında və Azərbaycanın enerji ixracında yeni bir səhifə açan strateji layihədir. Burada söhbət təkcə enerji nəqlindən getmir, bu xətt bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli strateji addımdır. Bu layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm potensiala malikdir. Yəni, bu xətt yalnız enerji layihəsi deyil, eyni zamanda regional geosiyasi balans, dövlətlərarası münasibətlər və enerji təhlükəsizliyi kontekstində dərindən təhlil olunmalı strateji addımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.
Xəttin istifadəyə verilməsini Azərbaycanın enerji ixracı tarixində mühüm bir mərhələ kimi dəyərləndirən şərhçi deyib: “Bu layihə ilə Cənubi Qafqazla Yaxın Şərq arasında yeni bir enerji körpüsünün əsası qoyuldu. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycan bu layihə ilə enerji ixrac coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir. Bununla Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatır. Müasir beynəlxalq münasibətlərdə enerji təchizatı əhəmiyyətli “yumşaq güc” alətidir”.
Professor bildirib ki, uzun illər davam edən münaqişələr nəticəsində Suriyanın infrastrukturunun böyük hissəsi dağılıb: “Elektrik enerjisi təminatının artırılması, əsas ictimai xidmətlərin bərpası və dövlət imkanlarının gücləndirilməsi baxımından bu ölkə üçün enerji həyati əhəmiyyət kəsb edir. Enerji təchizatının artması Suriya iqtisadiyyatının dirçəlməsi üçün təkanverici qüvvə rolunu oynaya bilər”.
“Yeni xətt Suriyada zavodların fəaliyyətə başlaması, ticarətin canlanması və məşğulluğun artmasına səbəb olacaq ki, bu da daxili miqrasiyanın azalmasına və hətta qaçqınların geri dönüşünə şərait yaradan amildir. Bu isə Türkiyənin də qarşılaşdığı qaçqın problemində dolayı yolla həll potensialı yaradır. Bununla yanaşı, münaqişə zamanı ciddi şəkildə dağıdılmış Suriya-İordaniya qaz boru xəttinin yenidən qurulması Azərbaycan qazını Suriya vasitəsilə Misirə qədər çatdırmağa da imkan verə biləcək strateji addım ola bilər. Azərbaycan üçün bu xətt Avropa bazarlarına əlavə olaraq, Yaxın Şərqdə yeni bazarların açılması deməkdir. Bu, Azərbaycanın enerji ixrac portfelinin şaxələndirilməsi və regional enerji təhlükəsizliyindəki mövqeyinin gücləndirilməsi baxımından vacibdir. Azərbaycanın Suriyanın yenidən qurulması və inkişafına dəstək vermək üçün atdığı bu addımlar regional sabitlik və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Yaxın Şərqdə fəal aktor kimi önə çıxmaq siyasəti, ölkənin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradır. Belə əməkdaşlıqlar regional inkişaf və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə dəstək olacaq”- deyə professor bildirib.