Estoniya Rusiya ilə sərhəddə çəpərlər quraşdırmağa başlayıb

DÜNYA 03 avqust 2025, 12:36
Estoniya Rusiya ilə sərhəddə yeni çəpərlər quraşdırmağa başlayıb.

Demokrat.az bu barədə ERR dövlət teleradio şirkətinə istinadla xəbər verir.

Bildirilir ki, Narvada ölkəni Rusiyanın İvanqorod şəhəri ilə birləşdirən "Dostluq" körpüsündə metal darvazalar quraşdırılıb.

Məlumata əsasən, bu, Şengen zonasının xarici sərhədində icazəsiz girişin qarşısını almağa və nəzarəti gücləndirməyə yönəlmiş yeni təhlükəsizlik sisteminin ilk elementidir.

Hazırda qapılar körpünün avtomobil zolağını bağlayıb. Gələcəkdə piyadalar üçün nəzərdə tutulan hissədə də analoji çəpərlərin quraşdırılması nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 13:29
Top