Durovdan sevgilisinə 52 min dollarlıq HƏDİYYƏ — FOTOLAR

DÜNYA 03 avqust 2025, 11:21
"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vavilovanın 25 yaşını təbrik etmək üçün qeyri-adi bir hədiyyə seçib. O, sevgilisinə təxminən 52 500 dollar dəyərində "Plush Pepe" adlı rəqəmsal aktiv alıb.

Demokrat.az xəbər verir ki, biznesmen bu barədə özünün "Telegram" kanalından bildirib.

Onun sözlərinə görə, Vavilova çəhrayı-bənövşəyi kiberpank estetikasında əşyalar kolleksiyalaşdırır.

Analitiklər qeyd ediblər ki, son vaxtlar o, ən azı iki belə NFT alıb. İkinci rəqəmsal əsər ona 12 000 dollara başa gəlib.

Qeyd edək ki, Dubaya köçən Yuliya Vavilova özünü kripto investor, geymer və strimer kimi təqdim edir. Cütlüyün münasibətləri 2024-cü ilin payızında Durovun Fransada saxlanılmasından sonra ictimaiyyətə məlum olub. (Oxu.az)




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 13:29
Top