Kredit kartlarına limit: Yeni mexanizm nəyi dəyişəcək? — VİDEO

İQTİSADİYYAT 03 avqust 2025, 09:07
Vətəndaşlar əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclanmayacaqlar. Başqa sözlə, artıq vətəndaşın kredit kartından istifadəsi ilə bağlı yeni limitlər tətbiq edilir.

Bununla bağlı Mərkəzi Bank borclanma mexanizmini sərtləşdirib. Yəni kredit kartları üzrə borcalanın limiti bundan sonra rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Üstəlik, bu hesablanarkən vətəndaşın digər banklar qarşısındakı kredit öhdəlikləri də nəzərə alınacaq.

Əgər kredit kartı limiti borcalanın gəlirindən 5 misli çoxdursa, bu zaman bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmayacaq şəkildə verə bilər. Yeni tələblər banklara da birbaşa təsir edəcək. Belə ki, bu məhdudiyyətlər bankların kapitalının qorunmasını və risklərin vaxtında dəyərləndirilməsini nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, bu tənzimləmə həm də vətəndaşları gəlirlərini rəsmiləşdirməyə təşviq edəcək.

Qeyd edək ki, bununla da kredit kartı ilə əvvəllər olduğu kimi rahatlıqla iri məbləğlər götürmək dövrü geridə qalır. Yeni sistem daha ehtiyatlı və düşünülmüş borclanmanı önə çıxarır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top