Sərdar Cəlaloğlu: “Əsli erməni qızıdır”


SOSİAL MEDİA 11 sen 2021, 22:25
“Bir dəfə jurnalistlərdən birinə dedim ki, Əsli ermənidir. Təəccübləndi. Mahnı qoşublar, Şirinəm, Həcərəm, Əsliyəm, Nigaram, Azərbaycan qızıyam. Əsli Azərbaycan qızıdır? Bu cür olmaz axı...”
 
Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
 
S.Cəlaloğlu qeyd edib ki, ruslar ermənini Azərbaycan xalqına ideal kimi təqdim edib: “Sosial kodlaşdırma mühüm məsələdir. Dövlət o adamları təbliğ edir ki, bəzi situasiyalarda o adamları kimi davransınlar. Babəki qəhrəman kimi təqdim ediblər. Deməli, Babəki qəhrəman kimi qəbul edənlərin hamısı İslam dininə qarşı vuruşmalıdırlar. Babək də təriqətə başçılıq edib, ona görə edam ediblər. Babək ərəb işğalına qarşı mübarizə aparmayıb, Bəzz qalasından kənara çıxmayıb. Cavadxanı niyə qəbul etmək istəmirlər? Çünki ermənilərə, ruslara qarşı vuruşub. Nadir Şahı niyə qəhrəman hesab etmirlər. Ağa Məhəmməd Şah Qacar dağılmış Azərbaycanı yenidən bir yerə yığıb. “Məşədi İbad”ın dili ilə deyirlər ki, tarixi Nadiri yarıya qədər oxumuşam, heç nə başa düşməmişəm. Azərbaycan kimdən Nadir haqqında soruşsan, “Məşədi İbad”ın dediyindən başqa bir şey bilmir. Nadir bəşər tarixinin ən böyük sərkərdəsi və imperatoru olub. Biz idealları düzgün seçməliyik. Şirin nə üçün Azərbaycan qaldınlarının idealı olmalıdır? Kimdir Şirin? Fars qızı... Nə işlə məşğul olub, oğlu ilə sevişib, dədəsinə ərə gedib. Bu necə Azərbaycan qadını üçün ideal ola bilər?!”


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top