Kürdəmirdə yol qəzası oldu — Ölən var

HADİSƏ 11 sen 2021, 19:46
Kürdəmir rayonunda ağır yol qəzası olub.

"Report"un Yuxarı Şivan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Yaralılar təcili tibbi yardım maşının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Meyit isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top