Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmələr keçiriləcək

DAXİLİ SİYASƏT 11 sen 2021, 14:21
"Milli Məclisin payız sessiyasında şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

O bildirib ki, komitənin qanunvericilik işləri planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə isə işçi qrupunda baxılıb: "Qanun layihəsi hazırlanan zaman müxtəlif ölkələrin oxşar qanunvericiliyi araşdırılıb. Bundan başqa, xeyriyyəçilik sahəsində böyük təcrübəsi olan Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top