Hacı Zeynalabdin Tağıyevin heykəli tam hazır oldu

İNCƏSƏNƏT 11 sen 2021, 11:45
Hacı Zeynalabdin Tağıyevin heykəli artıq tam hazır vəziyyətdədir.

Bu barədə Oxu.Az-a heykəltaraş Xanlar Əhmədov məlumat verib.

O bildirib ki, heykəl quraşdırılacağı məkana aparılıb:

“H.Z.Tağıyevin heykəli tam hazır olsa da, hələ quraşdırılmayıb. Sadəcə olaraq əvvəlcədən təyin edilən yerə - “İçərişəhər” metrostansiyasının qarşısına aparılıb. Heykəlin açılışının tam olaraq nə zaman baş tutacağı dəqiq deyil, lakin yaxın günlərdə gözlənilir. Artıq ərazidə yekun abadlıq işləri aparılır”.

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top