Una görə subsidiya verilməsi müddəti uzadıldı


SOSİAL 10 sen 2021, 21:13

Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilməsi müddəti uzadılıb.

Demokrat.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarına müvafiq dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli idi.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top