Şenol Güneş istefaya göndərildi

İDMAN 10 sen 2021, 20:01
Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş istefaya göndərilib.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2019-cu ilin fevralından millini çalışdırırdı. O, 2000 - 2004-cü ildə də yığmaya rəhbərlik etmişdi. Avro-2020-də uğursuz çıxış edən Şenol Güneşin komandası bir neçə gün əvvəl DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzub ki, bu da onun istefaya göndərilməsinin əsas səbəblərindən oldu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top