Tariflər müəyyənləşməyib, amma parklanmaya görə pul yığılır — FOTO

SOSİAL 10 sen 2021, 13:29
Bakının Yasamal rayonu, Lətif İmanov küçəsində qanunsuz parklanma nişanı var.

Bəzi işbazlar bu nişanı əsas göstərərək burada avtomobilini saxlayan sürücülərdən qanunsuz ödəniş alırlar:

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda parklanma ilə bağlı tariflər müəyyən edilməyib və bu tip bütün fəaliyyətlər qanunsuzdur:

"Bu nişan Bakı Nəqliyyat Agentliyinin yaranmasından əvvəl qoyulan nişandır. Belə hallar olanda müəyyənləşdirib, aradan qaldırırıq. Bir də qanunsuz parklanma ilə məşğul olan bəzi işbazlar var ki, onlar da belə nişanlar basdırırlar. Bakı Nəqliyyat Agentliyi həmin nişanlarla bağlı da müvafiq tədbirlər görür".

Qeyd edək ki, belə qanunsuz halların qarşısını almaq üçün bəzi yerlərdə Bakı Nəqliyyat Agentliyinin "Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir" yazılmış nişanları da qoyulub.

Tariflər müəyyənləşməyib, amma parklanmaya görə pul yığılır (FOTO) - Gallery Image

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top