Azərbaycanda “Zəfər xalçası” hazırlanacaq


SƏNAYE VƏ ENERGETİKA 10 sen 2021, 11:06
“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi başa çatıb.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib.

Onun sözlərinə görə, müsabiqəyə müraciət etmiş çoxsaylı gənclərdən yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb: “Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər iki mərhələli – həm nəzəri, həm də praktik yöndə təlimlər keçəcək. Qalib gənclərlə birlikdə “Zəfər” kolleksiyası hazırlanacaq. Təlimçilər sırasında Eldar Mikayılzadə, Şirin Məlikova, Çingiz Babayev, Məmmədhüseyn Hüseynov kimi yerli, profossor Karim Mirzaee, Ali Nasir kimi xarici tanınmış incəsənət xadimləri var”.

Demorkat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top