Azərbaycanda qəzalar zamanı ölən piyadaların sayı AÇIQLANDI

HADİSƏ 09 sen 2021, 17:23
Cari ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41 %-ni piyadaların vurulması təşkil edir.

Bu barədə BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumatda qeyd olunub. 

Belə ki, sözügedən qəzalar nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb.

Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4 %-ni piyada vurma hadisələri təşkil edir ki, bu da 80 nəfərin həyatını itirməsinə, 107 nəfərin yaralanmasına səbəb olub.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə piyada vurma hadisələrinin 90 %-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top