Erməni qadın uşaqları ilə Şuşaya köçmək istədi — VİDEO

QARABAĞ 09 sen 2021, 09:22
Erməni qadın ailəsi ilə Şuşada yaşamaq istədi. Xankəndi sakini İzaura Balasanyan  üzləşdiyi problemlərdən qurtulmaq üçün 4 uşağı ilə  birlikdə rusiyalı sulhməramlıların olduğu posta yaxınlaşıb. Bu erməni xalqının  şərəfinə yaraşmır deyilərək geri qaytarılan qadın  başqa  yerdə  ilanlarla dolu olan evlə təmin edilib. Millət vəkili Sahib Alıyev hesab edir ki, Qarabağda müvvəqəti fəaliyyət göstərən Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Xankəndi  sakini 32 yaşlı İzaura Balasanyan 4 övladı ilə birlikdə Şuşada yaşamaq istədi.O, Rusiya sülhmərmalılarının Şuşa yaxınlığındakı postuna gələrək bununla bağlı müraciət edib.

İzaura Balasanyan deyib ki,Xankəndində onların yaşaması üçün vəziyyət acınacaqlı olduğundan o,bu addımı atmaq məcburiyyətində qalıb.

İzaura Balasyanın attığı bu addımın digər ermənilər tərəfindən də təkrarlanacağı gözlənilir.Çünki həmin ərazidə dözülməz həyat şəraiti,işsizlik və digər sosial problemlər hökm sürür. Millət vəkili Sahib Alıyev deyir ki,Qarabağda olan Rusiya sülhməramlıları öz üzərlərinə düşən vəzifələri layiqincə icra etməlidir.

Millət vəkili onu da qeyd etdi ki,Qarabağdakı ermənilərdən, kimlərsə İzaura Balasanyan kimi doğru qərar qəbul eləsələr bu onlar üçün rüsvayçılıq deyil, şərəf olacaqdır.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top