Sahibə Qafarova türkiyəli həmkarı ilə görüşdü

XARİCİ SİYASƏT 07 sen 2021, 13:16
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, görüş Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində keçirilib.

TBMM sədri həmçinin Cənubi Koreya, Yəmən və Kamerundan olan həmkarları ilə görüşüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top