Zaqatala rayonunda qadını şantaj etməkdə ittiham olunan Elxan Şabanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Tural Həsənovun icraatına verilib.
İstintaq orqanı tərəfindən Elxan Şabanovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Elxan Şabanov bir qadını intim fotoları ilə şantaj edib və ondan pul tələb edib.
Fariz Məlikli
Demokrat.az