Sürücü sığorta şirkətindən dəymiş ziyanı ala bilmir — VİDEO


SOSİAL 07 sen 2021, 08:56
Bakı sakini avtomobili ilə hərəkətdə olarkən qəzaya uğrayıb. Ona dəyən zərəri  ödəmək üçün sığorta şirkətinə nə qədər müarciət etsə də 4 aydır ki, pulunu ala bilmir. 945 manat dəyərindəki zərər niyə ödənilmir? Əməkdaşlarımız araşdırıb.

Avtomobilini vurdular hələ bu azmış kimi siğorta şirkəti pulunu da vermir.

Bakı Şəhər sakini Məhəmməd Abışovun başına tragikomik hadisə gəlib. 4 ay əvvəl mətbuat prospektində hərəkətdə olarkən avtomobili qəzaya uğrayıb. Hadisə yerinə polis əməkdaşları və qarşı tərəfin avtomobilinin siğorta şirkəti gəlib. Amma problemin həlli bununla da yekunlaşmayıb.

Məhəmməd Abışov sığorta şirkətinin çıxardığı məbləğlə razılaşmadığından şirkət tərəfindən başqa bir servisdə də eyni məbləğ dəyərində yenidən qiymətləndirmə olub. Bununlada razılaşmayan zərərçəkmiş daha sonra  müstəqil ekspert vasitəsi ilə yenidən avtomobilə dəyən xərcin qiymətləndirilməsinə müraciət edib.

Məhəmməd Abışov bildirir ki, məsələnin həll olunması üçün dəfələrlə müraciət etsə də faydasız olub. 4 aydır ki, avtomobilinə dəyən zərərin pulunu ala bilmir. Ona dəyən ziyanı ödəmək əvəzinə zərər vuran sürücünü tapmağı tövsiyyə edirlər.

Məsələ ilə bağlı biz də siğorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, Məhəmməd Abışova veriləcək məbləğin gecikməsinin səbəbi sənədlərdə olan çatışmazlıqdan baş verib. Beləki, hadisəni törədən sürücünün yol vərəqininin müddətinin bitməsi və buna yol polisi tərəfindən baxılmadan sənəd verilməsi problemə yol açıb.Artıq zərərçəkənin sənədləri qaydaya salınaraq ödəniş üçün hazırlanıb və 7 iş günü ərzində Məhəmməd Abışovun avtomobilinə dəyən 945 manat zərər ödəniləcək.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top