"Taliban" hərəkatı Əhməd Şah Məsudun məqbərəsini nəzarətə alıb

DÜNYA 07 sen 2021, 00:11
"Taliban" hərəkatı Əhməd Şah Məsud (1953-2001) məqbərəsini öz nəzarəti altına alıb. Əhməd Şah Məsud Pəncşir vilayətində "Taliban"a müqavimət göstərən Əhməd Məsudun atası olub.

Bu barədə Aftab News agentliyi bildirib.

Məlumata əsasən, "Taliban"ın sahə komandirləri sosial şəbəkələrdə hərəkat üzvlərinin məqbərəyə bitişik ərazini nəzarətdə saxladıqlarını əks etdirən video görüntülər yerləşdiriblər. Həmin məqbərə üsyançı bölgənin inzibati mərkəzi olan Bazarak şəhərindən 8 km uzaqda bir təpədə yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top