İdman

DÇ-2022: Millimiz seçmə mərhələdə ilk xalını qazandı — YENİLƏNİB

DÇ-2022: Millimiz seçmə mərhələdə ilk xalını qazandı — YENİLƏNİB

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində milli komandamız İrlandiya ilə qarşılaşıb.

Demokrat.az xəbər verir ki, matç1:1 hesablı bərabərliklə başa çatıb.

İlk hissəyə əlavə edilmiş birinci dəqiqədə Emin Mahmudov hesabı açsa da, İrlandiya 87-ci dəqiqədə bərabərlik qolunu vurub.

Oyunda başqa qol olmayıb və millimiz bu tsikldə ilk xalını qazanıb. 20:58 İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda hesab açılıb.

Demokrat.az xəbər verir ki, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisi önə keçib - 1:0.

45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola imza atıb. Komandalar fasiləyə bu hesabla yollanıb.

xxx

20:00

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

Demokrat.az xəbər verir ki, Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.

D
demokrat.az