Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq


SOSİAL 04 sen 2021, 10:40
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Demokrat.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top