Putininin təhqir edildiyi plakatı gəzdirən Ararat Mirzoyan Lavrovla bir yerdə — FOTOLAR


SOSİAL MEDİA 02 sen 2021, 14:38
Zamanında Rusiya Prezidentinə qarşı əsl küçə adamı kimi davranan, əlində Vladimir Putininin tərbiyəsizcəsinə təhqir edildiyi plakat gəzdirən Ararat Mirzoyanın indi kremldəkilərə difiramba oxuması anlaşılandır. O baxımdan ki, mirzoyanların cilddən-cildə girmələri yenilik deyil.

Məni təəccübləndirən ona sözün hər anlamında yol göstərən Sergey Lavrovun davranışlarıdır. Kimsə deyə bilər ki, o da mirzoyanlarla eyni soydandır, burada təəccüblü nə var. Əlbəttə, elədir. Amma axı Lavrovla Mirzoyanın görüşü hayla hayın yox, Rusiya Xarici İşlər naziriylə Ermənistanın Xarici İşlər nazirinin görüşü idi.

Aydındır, Rusiya elə bir dövlətdir ki, kimi istəsə özünə strateji müttəfiq seçə bilər. Ancaq Ararat Mirzoyan kimi birinin xarici işlər naziri olduğu ölkəni Lavrovun təbrincə desək, Rusiyanın strateji müttəfiqi adlandırmaq, açığı ən azından müttəfiqlik anlayışını təkcə taktiki deil, həm də strateji baxımdan dəyərsizləşdirməkdir.





Millət vəkili Sahib Alıyev
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top