"Əziz ata, mən status yazanda birbaşa adamın adın, soyadın da yazıram"

SOSİAL MEDİA 31 avq 2021, 23:21
"Tanrı bəxtəvəri həm şairdi, həm yazıçıdı, həm jurnalistdi, həm  redaktordu, həm də siyasətçi. Bütün tədbirlərdə, xüsusən səfərlərdə iştirak edir. Lazım olanda şair kimi, lazım olanda yazıçı kimi, lazım olanda  jurnalist kimi, lazım olanda  redaktor kimi, lazım olanda siyasətçi kimi. Bir sözlə, kişinin hər yerdə üzü olmasa da, hər yerdə iştirak etmək imkanı var. Ah yazıq, Vətən!"

Bu fikirləri sosial şəbəkə hesabında yazıçı Qəşəm Nəcəfzadə qeyd edib. 

Onun yazar oğlu Kəramət Böyükçöl isə atasının bu gileyinə belə cavab verib: 

"Əziz ata, mən status yazanda birbaşa adamın adın, soyadın da yazıram ki, filankəs, səni deyirəm. Ona görə də, ölkədə adıma deyilməyən söz qalmayıb. Dəli, alkaş, əyyaş, kefli İsgəndər, nə bilim nə... Amma siz yaşda adamlar nədənsə çəkinir ad çəkməyə. Hiss olunur e ürəyiniz partlayır. Amma yenə ad çəkmirsiniz, səbir edirsiniz, dözürsünüz. Arada əsəbləşin də, beyniniz çönsün də, dəli olun da. Bu nə təmkin, bu nə dözümdür sizdə?"
No description available.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top