“Xoşqədəm Hidayətqızının verilişi "Space"in efirinə uyğun deyil..." — AÇIQLAMA

ŞOU-BİZNES 30 avq 2021, 20:00
 Xəbər verdiyimiz kimi “Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV ilə yollarını ayırandan sonra hansı kanalda çalışacağı müzakirələrə səbəb olub. X.Hidayətqızının hələ ki, heç bir yerli telekanalla anlaşa bilmədiyi deyilir. 
 
X.Hidayətqızının ARB-də işə başlayacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan bu təkzib olunub. Bildirilir ki, ona aparıcı Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunsa da, Elgiz bu təkliflə razılaşmayıb. Bundan sonra isə X.Hidayətqızının “Space” TV-də və REAL televizisiyasında işə başlaması da mümkün olmayıb. 
 
Məsələylə bağlı Moderator.az-ın əməkdaşı “Space” Televiziyasının rəhbəri Müşfiq Hətəmovla əlaqə saxlayıb. M.Hətəmov saytımıza açıqlamasında X.Hidayətqızının veriliş üçün onlara müraciət etmədiyini və yayılan məlumatların əsassız olduğunu bildirib. M.Hətəmov həmçinin X.Hidayətqızının verilişinin onların efirinə uyğun olmadığını da bildirib və cavabında “bizlik deyil”-deyə o, bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top