Tofiq Yaqublu ölkə ziyalılarını təhqir etdi — VİDEO

GÜNDƏM 23 avqust 2021, 12:47
Milli Şuranın üzvü Tofiq Yaqublu Azərbaycan ziyalılarını təhqir edib. 

Demokrat.az-ın xəbərinə görə, yazar Kəramət Böyükçölün "Kəramətinə şükür" onlayn efirinə qonaq olan T. Yaqublu ölkə ziyalılarına qarşı aşağılayıcı ifadələr işlədərək, onların əleyhinə həqarətə yol verib.

O, Azərbaycan ziyalılarının müxalifətə qoşulmadığını bildirərək, olduqca sərt ifadələrdən istifadə edib. Görünən budur k, T.Yaqublu Azərbaycan aydınının dövlət başçısı,  Prezident İlham Əliyevə və onun siyasətinə dəstək verdiyini həzm edə bilmir. Əslində, belə olmalıdı. Çünki 30 ildən bəri işğal altında olan torpaqların azad olunması Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləridir.  Azərbaycan ziyalıs,ı 44 günlük Vətən müharibəsində öz Prezidentinin yanında oldu və xalq-hakimiyyət birliyindən sonda "Böyük zəfər" "doğdu". Ölkə aydını, ziyalısı hansı xidmətlərinə görə Əli Kərimlinin, Tofiq Yaqublunun yanında olmalıdır? İllərdir boş söz yığınağı ilə xalqın gözünə kül üfürən, öz aralarında müxalifət birliyi bilməyənlərinmi? 

Artıq bir daha sübut olunur ki, özlərinə yer tapa bilmiyən müxalifət funksionerlərini Azərbaycanın şanlı qələbəsi yox, onları daha çox şəxsi mənafeləri maraqlandırır.



Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 dekabr 2024, 12:05
Top