"Ermənilər də “çıxış yolu”nu Jirinovski kimiləri üstümüzə hürdürməkdə görürlər" — Deputat


SİYASƏT 03 avq 2021, 18:41
“Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər həm dövlət başçıları arasındakı səmimi münasibətdən, həm dünyanın yeni geopolitik durumundan, həm də Azərbaycanla Rusiya arasındakı tarixi əlaqələrdən qaynaqlanır. Lakin Rusiya etnik cəhətdən olduğu kimi, siyasi cəhətdən də olduqca rəngarəng bir ölkədir, orada ayrı-ayrı millətlərin, qrupların, siyasətçilərin maraqları heç də həmişə üst-üstə düşmür”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. O, siyasətdə çəkisi olmayan Jirinovskinin sözlərinin də ciddi qəbul edilmədiyini bildirib:
 
“İstər çar Rusiyası, istərsə də SSRİ dövründə dövlət strukturlarında ermənilərin və ermənipərəst qüvvələrin təsiri həmişə güclü olub və onlar bundan istifadə edərək Azərbaycana və Azərbaycan xalqına mütəmadi olaraq çox böyük ziyanlar vurublar. Məsələn, 19-cu əsrin əvvəllərində Sisianov, Lazerev və Mədətovun, Sovet hakimiyyətinin ilk illərində Stalin, Orconikidze və Mikoyanın, 20-ci əsrin sonlarında Aqanbekyan, Qorbaçov və Yeltsinin fəaliyyətləri ortadadır. Əslində, onların bu hərəkətləri Rusiya dövlətinin də maraqlarına zidd olub. Bu gün də Rusiya siyasətində ermənilərin çaldığına oynayanlar az deyil. Onlardan biri də hər kəsin siyasi təlxək kimi tanıdığı Jirinovskidir. Lakin Jirinovskinin sələflərindən fərqi ondadır ki, onun özünün və sözünün çəkisi yoxdur, hamı onu siyasi kloun kimi tanıyır, qəbul edir və əhəmiyyət vermir. Azərbaycanda bir atalar sözü var: 

“Axmaq köpəklər ulduza hürər”. Jirinovski də ulduza hürən həmin axmaq köpəklərdən biridir. Bu köpəyin yal hərisi olduğunu, bu yalın haradan gəldiyini hər kəs bilir. Amma bu köpəyin başqa köpəklərdən bir fərqi də var ki, başqa köpəklər ona yal verənə hürməsələr də, Jirinovski istənilən vaxt yal sahibini dəyişə və sabah bir başqasının qabından yallananda əvvəlki yal verənə hürə bilir.
 
Əsas odur ki, bu gün Rusiyanın dövlət siyasətinə Jirinovski kimilərin təsir imkanı sıfır dərəcəsindədir, bu gün Avrasiya məkanında yeni geopolitik reallıq formalaşır və bu reallıqda yerləri olmadığını, deyəsən, yavaş-yavaş dərk etməyə başlayan ermənilər də “çıxış yolunu” Jirinovski kimiləri üstümüzə hürdürməkdə görürlər. Lakin atalarımızın bir məsəli də var: “İt hürər, karvan keçər!”.
Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top