Türkiyədəki yanğınlarda tüstüdən zəhərlənən operatorumuz — “Gördüm ki, səhhətim pisləşir”

HADİSƏ 01 avq 2021, 11:01
“Dünən Heydər Əliyev adına Hava Limanından FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinin 100 nəfərlik heyəti ilə birlikdə Türkiyəyə yola düşdük. Bir gün sonra isə, yəni bu gün hadisə yerinə, yəni Muğlanın Marmaris ilçəsinə gəldik. Günorta saatlarına kimi bir neçə çəkiliş edib, yayımladıq. Marmarisdəki yanğınları işıqlandırarkən tüstüdən zəhərləndim, çünki dərəyə düşdük, orada qatı tüstü var idi. Çətin şəraitdə çalışırdıq. Bir də gördüm ki, səhhətim pisləşir. İlkin tibbi yardım göstərildikdən sonra Marmaris Dövlət Xəstəxanasına yerləşdirildim”.
 
Bunu Moderator.az-a açıqlamasında APA-nın Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı, operator Xəqani Hüseynov deyib. O daha sonra sözlərinə əlavə edib.
 
“Həkimlər məndən qan nümunəsi götürdülər və ilkin diaqnoz kimi tüstüdən zəhərləndiyim müəyyən olundu. Artıq xəstəxanadan çıxmışam, özümü normal hiss edirəm. Düzdü iş başına qayıtmağım üçün həkimlər hələ mənə icazə vermirlər. Qatıq və digər təbii məhsullar qəbul edirəm ki, zəhərlənmə tam təmizlənsin. Yaxşı olduğum halda 3 gündən sonra yenidən işimin başına qayıda bilərəm. Həkimlər belə deyir. O ki, qaldı buradakı vəziyyətə. Bir tərəfdən yanğını söndürürlər, o biri tərəfdən başlayır alovlanmağa. Müəyyən qədər yerdə yanğının qarşısı alınıb, amma havanın isti, quraq və küləkli keçməsi yanğının geniş ərazilərə yayılmasına səbəb olur” - deyə Xəqani Hüseynov bildirib.
 
Operator sonda səhhəti ilə maraqlandıqları üçün hamıya təşəkkür edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top