"Erməni separatçılarına zaman tanımaq olmaz"

QARABAĞ 31 iyl 2021, 23:40
Kəndləri işğal altında qalan soydaşlarımız Qarabağda hara köçürüləcəklər? Bu mövzuda müzakirələrə və aydınlaşmaya ehtiyac var. Şuşa rayonunun işğal altında qalan Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndlərinin sakinləri üçün hansı variantlar mümkündür?

Birinci variant odur ki, onlar bərpa işlərindən sonra Şuşa şəhərinin özünə köçürülür.

İkinci variant odur ki, onlar Şuşanın işğaldan azad olunan Daşaltı kəndinə və ya azad olunan Hadrut rayonuna köçürülürlər.

Üçüncü variant isə odur ki, ordumuz yaxın gələcəkdə anti-terror əməliyyatlarını davam etdirərək Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini, o cümlədən Xocalı rayonunun tamamını azad edərək soydaşlarımızı doğma yurdlarına qaytarırlar.

Şəxsən mən üçüncü varianta üstünlük verirəm, yəni Xocalıya və Şuşanın bütün kəndlərinə qayıtmalıyıq. Çünki işğal altındakı kənd sakinlərinin başqa yerlərə köçürülməsi o demək olacaq ki, kəndlərimizin işğalı ilə barışmışıq. Erməni separatçılarına zaman tanımaq olmaz.
 

Elxan Şahinoğlu
Politoloq

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top