Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı yenidən 3 mini ötdü

REGİON 31 iyl 2021, 18:41
Gürcüstanda ötən sutkada daha 3 196 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 1 147 nəfər müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saat ərzində 27 yeni ölüm halı qeydə alınıb.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 419 534 nəfər yoluxub. Onların 382 393-ü sağalıb, 5 820-si vəfat edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top