Çingiz Hüseynzadə: "Yaponiyada medal qazanmaq elə də asan deyil"

İDMAN 31 iyl 2021, 10:14
"Əlbəttə, 30 iyul bizim üçün əhəmiyyətli gün idi. İlk medalımızı qazandığımız üçün xoşbəxtik. Bu münasibətlə Azərbaycanın bütün idmansevərlərini təbrik edirəm".

Demokrat.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu İrina Kindzerskanın (+78 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.

Onun sözlərinə görə, olimpiada Yaponiyada keçirildiyindən, cüdoda medalların əksəriyyətini yerli idmançılar qazanıblar: "Çox təəssüf ki, Azərbaycan cüdoçuları Tokio-2020-də Yaponiya cüdoçuları ilə görüşməli olublar. Təmsilçilərimizin qarşısını alanlar əsasən yerli tatami ustaları olub. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil. Bu baxımdan, Kindzerskanın bürünc medal qazanmasının özü də çox böyük uğurdur. Elə onun çəkisində də olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. Kindzerska isə yarımfinalda ona uduzdu. Ümumiyyətlə, cüdoçularımızın çoxu çempionlara uduzub".

Azərbaycan cüdoçularının çıxışını çox da uğursuz saymadıqlarını söyləyən MOK rəsmisinin fikrincə, Yaponiyada medal qazanma şansı çox az idi: "Bunu biz öncədən də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır. İnanıram ki, bu olimpiadada da gözəl nəticələr göstərə biləcəyik".(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top